Dövlət inhisarçılarının vergi yükü artırılır. Dövlət büdcəsinə ötən ilki vergi ödənişi hesabatı da bunu göstərir.Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi Zaur Fətizadə «Vergilər» qəzetinə bildirib ki, ötən il 7 iri dövlət təşkilatı büdcəyə 1 mlrd 978,2 mln manat ödəyib (2013-cü illə müqayisədə +15,7%, o vaxt bu göstərici 1 mlrd 710,1 mln manat olub).
Məmurun sözlərinə görə, təbii inhisarlar ötən il nazirlik xətti ilə büdcəyə vergilərin 27,8%-i təmin edib (2013-cü illə müqayisədə +2,1%)..
