Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusla mübarizə məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin sərtləşdirəcəklərini söyləyib.

Bu barədə “Sky News” xəbər verib.

Böyük Britaniyada sərt karantin rejimi beş noyabr - iki dekabr tarixləri arasında tətbiq ediləcək.

Baş nazir bildirib ki, bu müddət ərzində evdən çıxmaq icazəsi yalnız iş yerinə, məktəbə və ərzaq mağazasına getmək şərti ilə icazə veriləcək.

Bundan əlavə, insanların qapalı məkanlarda hər hansı görüş keçirməsi qəti qadağandır.  

Pablar, bar və restoranlar da bağlı olacaq, ancaq sifarişlə yemək çatdırılmasına icazə veriləcək.

.