Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

Premyer Liqasının son qalibi "Liverpul" öz meydanında "Lids Yunayted" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 4:3 hesabı ilə qələbəsi ilə başa çatıb.

"Liverpul"un heyətində qolları M.Salah (4,33,88) və V. Van Deyk (20) vurublar, qonaqların heyətində isə qolları J.Harrison (12), P.Bamford (30) və M.Klix (66) vurublar.

.