İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 12.40-da qeydə alınıb. Zəlzələ ölkənin Şimali Sulavesi əyalətinin Bitunq şəhərindən 140 km şimal-şərqdə baş verib. Yeraltı təkanların ocağı 52,7 km dərinlikdə olub.
Tələfat və dağıntı haqda məlumat yayılmayıb.
.