İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

"Report"un "The Straits Times"ə istinadən məlumatına görə, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.

Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.

.