Bakıda 22 yaşlı gənc intihara cəhd edib.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1994-cü il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, müayinə zamanı gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.

Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırma aparılır.
.