İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şirvan şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət olan evin aynabəndinin tavanı 30 msahədə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik olan talvar yanğından mühafizə olunub. 

.