“Araşdırmamız göstərir ki, korrupsiyanın azaldılması daha yüksək vergi gəlirlərinə, daha yaxşı təhsil nəticələrinə və daha səmərəli dövlət investisiyalarına səbəb olur”.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) adıçəkilən regionda korrpusiyaya qarşı mübarizə aparılmasının üsullarından bəhs edərkən deyib.

C.Azur əlavə edib ki, pandemiyadan sonra daha güclü, yaşıl və daha əhatəli iqtisadi bərpa təmin etmək üçün idarəetmə və korrupsiyaya qarşı islahatlara ehtiyac var.

“Ölkələr və müəssisələr bölgədəki zəif idarəetmə və korrupsiyanın ciddi problemlərini axtarmağa davam edir. Hər bir ölkə öz yolu ilə getməlidir, lakin araşdırmalarımız bölgə üçün üç əsas prioriteti müəyyən edib.

Birincisi məlumata çıxış imkanlarını genişləndirmək, dövlət maliyyəsinə daha güclü nəzarət yaratmaq və dövlətə məxsus müəssisələrdə islahatlar aparmaqla şəffaflığı və hesabatlılığı inkişaf etdirmək.

İkincisi qaydaları sadələşdirmək və onların ədalətli şəkildə tətbiq edilməsinə şərait yaratmaq lazımdır. Məsələn, dövlət Vergi Məcəlləsini modernləşdirilməsi və bürokratik əngəlləri aradan qaldırılması korrupsiyanı azalda bilər.

Üçüncüsü, ən yaxşı beynəlxalq təcrübəni qəbul edib tətbiq etməklə korrupsiyaya qarşı mübarizə qanun və qaydalarını gücləndirmək tövsiyə olunur”.

IMF rəsmisi təmsil etdiyi qurumun MENA regionunda anti-korrupsiya islahatlarına dəstəyini davam etdirəcəyini də qeyd edib.

MENA ölkələri arasında islahatlara dəstək olmaq üçün IMF siyasət tövsiyələrini verməyə davam edəcək və bölgədəki qurumların potensialının artırılmasına kömək edəcək. Hesab edirik ki, yalnız birlikdə hökumətlərin, bizneslərin, birliklərin, beynəlxalq təşkilatların və sivil toplum təşkilatlarının birliyi ilə bir ölkə daha güclü, daha açıq və daha məsuliyyətli dövlət qurumları qurmaq mümkündür.

Qeyd edək ki, MENA regionuna Azərbaycan da daxildir.

.