ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, hökumətdəki saxtakarlıqlar nəticəsində ölkə büdcəsi hər il təxminən 700 milyard dollar itirir.

Bu barədə Mask özünün X hesabında paylaşım edib.

"Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - deyə paylaşımda bildirilir.

Bundan əlavə, Maskın hesablamalarına görə, ödənişlərin ən azı 15%-i təxminən 1 trilyon dollar Amerika rəsmiləri tərəfindən mənimsənilir.

.