2025-ci ilin yanvar-mart aylarında yerli banklar 253.3 mln. manat xalis mənfəət əldə edib.

Yenizaman bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrünə nisbətən 18,7% azdır.

Məlumata görə, sektorun əməliyyat mənfəəti ilk rübdə 402.7 mln. manat təşkil edib.

Cari ilin I rübündə bankların ödədiyi mənfəət vergisinin həcmi isə 61.7 mln. manat təşkil edib.

.