Bu gün səhər saatlarından Bakıya yağan ilk qar Yasamal rayonun yüksək ərazilərində ciddi problemlərin yaranması ilə müşayiət olunub. Güclü küləklə müşayiət olunan qar nəticəsində Bakının digər rayonlarının bir çox ərazilərində avtomobillərin, xüsusilə marşrut avtobuslarının hərəkəti demək olar ki, dayanıb. 77, 211 saylı marşrutlar yolun sürüşkən olması səbəbindən bir neçə saat ərzində hərəkətsiz qalıblar. Bu səbəbdən şəhər mərkəzinə gələn sakinlər ciddi problemlərlə üzləşiblər.
Eyni vəziyyət Bakının digər yerlərində də müşahidə edilir...
.
