İlhamə Quliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Lent.az-ın məlumatına görə, ötən il dekabrın 19-dan ayın sonuna kimi Mərkəzi Neftçilər Klinikasında müalicə alan müğənni yenidən oraya müraciət edib. Bir müddət öncə ürəyindən əməliyyat olunan İlhamə Quliyevanın yenidən müayinəyə ehtiyacı var.
Xəstəxanadan verilən məlumata görə, İlhamə Quliyevanın vəziyyəti normaldır. Onun mətbuat katibi xəbəri təsdiqləsə də, geniş məlumat vermək istəməyib.
.