
Hazırda həbsxanada olan köməkçisi Mehriban Bəylərqızının xalq artisti İlhamə Quliyeva haqqında yaydığı məktubda əməkdar artist Elza Seyidcahanla bağlı da açıqlama var.
Yazıda "Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi. Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə "Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq.
Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam” - sözləri qeyd olunub.
Məsələ ilə bağlı Gün.Az-a açıqlama verən xalq artisti İlhamə Quliyeva yazılanlardan bərk qəzəblənib.
"Ay balam, Elza Seyidcahan heç mənim yadıma da düşmür? Axı Elza Seyidcahan kimdir? Mən nə zaman Elzanı şantaj etmişəm? Hələ ki, məni şantaj edirlər. Elza haranın belə… Ümumiyyətlə, Elza var həyatda? Mənim üçün həyatda Elza yoxdur, mənim ona yazığım gəlir.
Elza canlı meyitdir. Deputat olmaq istəyirdi də. Getsin olsun. Niyə olmadı? Onun şəxsiyyəti nədir, varlığı nədir? Özündən soruşun mən onu nə zaman şantaj elədim? Mənim ona yazığım gəldi, məhkəməyə vermədim. Başından böyük çərənlədi, amma mən onu məhkəməyə vermədim”- deyə xalq artisti bildirib.
.