Bakı Apelyasiya Məhkəməsi baxıcı kimi fəaliyyət göstərən psixoloq İlham Mirzəyevin şikayəti üzrə prosesi təxirə salıb.
"Media forum” saytına danışan vəkil Xanlar Bayramov bildirib ki, buna müdafiə tərəfinin kassasiya şikayəti verməsi səbəb olub: "Biz apelyasiya instansiyasının ilkin baxış qərarından şikayət verdik. İlkin baxış zamanı Apelyasiya Məhkəməsi işə mahiyyəti üzrə dekabrın 9-da baxılması barədə qərar vermişdi. Biz isə hesab edirik ki, işin icraatına xitam verilməlidir. Ona görə də Apellyasiya Məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə şikayət verdik, nəticədə proses qeyri-müəyyən vaxta təxirə salındı. Apelyasiya instansiyasında proses Ali Məhkəmənin qərarından sonra davam edəcək”.
Xatırladaq ki, İlham Mirzəyev oktyabrın 14-də 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilib.
İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub.
48 yaşlı İlham Mirzəyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2000-ci ildən "Space” televiziyasında aparıcı kimi fəaliyyət göstərib.
.