
Teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdə dəyişiklik edilib.
Ali Məhkəmədə teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kassasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarına əsasən İ.Mirzəyevin cəzası 3 il 6 aya endirilib.
Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub (modern.az).
.