Bu gün Avstriyada Azərbacan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü keçirilir.
Avstriya paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü artıq başlanıb.
Əliyev və Sarkisian Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə təşkil edilən görüşdə müzakirə edirlər.

***

16:20

Vyana Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter” səhifəsində yazıb.
"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə atılıblar”, - deyə A. Saqatelyan qeyd edib.
Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.
İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

***

16:44

Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serh Sarkisyan arasında keçirilən görüş başa çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlər mətbuata heç bir açıqlama vermədən görüşün keçirildiyi «Palais Coburg» hotelindən ayrılıblar.
.