İyulun 13-də prezident Ilham Əliyev İtaliyaya rəsmi səfərə gedib.
Roma Beynəlxalq Hava Limanında Azərbaycanın dövlət başçısını İtaliyanın yüksək rütbəli dövlət və hökumət rəsmiləri qarşılayıb.
Ilham Əliyev səfər çərçivəsində bu ölkənin rəhbərliyi ilə "Cənub qaz dəhlizi” ilə Azərbaycan qazının İtaliyaya tədarükü məsələsini müzakirə edəcək.
Qeyd edək ki, 19 sentyabr 2013-cü ildə Bakıda "Şahdəniz” konsorsiumu və 9 Avropa şirkəti "Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan qazının alqı-satqısı barədə saziş imzalayıb. İmzalanan sənədə əsasən, 2019-cu ildən başlayaraq, TAP boru kəməri ilə 10 mlrd kubmetr Avropa bazarlarına tədarük ediləcək. Bunun 8 mlr kubmetri İtaliyaya çatacaq.
.