Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanla İran arasında bir sıra sənəd imzalanıb.
Sənədlərin imzalanması mərasimindən əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev İİR prezidenti Həsən Ruhani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Səfər davam edir.

***

Prezident İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.
Yenizaman.az İran mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu gün səhər saatlarında İrana yola düşüb. Dövlət başçısını Mehrabad hava limanında İran rəsmiləri qarşılayıblar. Prezident bu gün İranlı həmkarı ilə görüşəcək.
İran mətbuatının yazdığına görə, hazırda görüşə hazırlıq işləri gedir.
.