Prezident Davos görüşləri çərçivəsində bir sıra görüşlər keçirib. 
Belə görüşlərdən biri "Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp ilə baş tutub.

>
AzNews.az xəbər verir ki, İlham Əliyevin yanvarın 18-də Davosda "Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi ilə olub.

Görüşdə "Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Söhbət zamanı ölkəmizlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İlham Əliyev həmçinin Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə də görüşüb.
>

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

Bundan sonra dövlət başçısının  CISCO şirkətinin icraçı sədri Con Çamberslə görüşü reallaşıb.

>


CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


.