Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

Qeyd edək ki, Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. O, Dövlət Gömrük Komitəsinin həmin dövrdəki sədri Səfər Mehdiyevin əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

.