Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk Qupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Yenizaman.az AzərTAc-a istinadən məlumat verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
