Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar.
Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib.
“Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, - söyləyən dövlətimizin başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.
Dövlət başçısı: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir
Bu gün qaz faktoru enerji təhlükəsizliyinin bir nömrəli faktorudur.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
“Mən istisna etmirəm, bəlkə də gün gələcək, bizə yaşıl enerjini də irad tutacaqlar. Çünki yaşıl enerji ilə bağlı indi üzə çıxan bir çox məqamlar var ki, insanları və qərar qəbul edənləri düşünməyə vadar edir. Yəni, o məmulatların utilizasiyası necə olacaq? Batareyaların, akkumulyatorların taleyi necə olacaq? Yəni, indidən artıq bunun altına da bir mina qoyurlar ki, lazım olan vaxtda kiminsə başında çatlasın”, - deyə dövlətimizin başçısı vurğulayıb.
.