Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev işdən çıxarılıb. Modern.az saytının xəbərinə görə, bu barədə Təhsil Nazirliyi rəsmi məlumat yayıb. "Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib. Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir”.
.
