Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüb
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
.
