"Təhlükəsizlik enerji məsələsindən ayrı təsəvvür oluna bilməz”.
Bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan enerji resursları istehsal edən ölkə kimi bir marşrutdan asılı deyil: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. Trans-Anadolu, Trans-Adriatik, "Şahdəniz” layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək. Əslində enerji diplomatiyası, maraqların balansı uğur üçün əsas şərtdir. Şadam ki, tərəfdaşlarımızla belə tarixi layihəni həyata keçirəcəyik”.
Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycanda keçirilən sessiyada iştirak edənlərin ölkəmiz haqqında obyektiv məlumatlar əldə edəcəyinə, xoş təəssüratlarla ayrılacağına inanır.
.