
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib.
Dövlət başçısı deyib:
"Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir".
.