Azərbaycanda rəsmi səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov prezident İlham Əliyevlə görüşüb.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya XİN-i tvitter hesabında məlumat verib və görüşdən fotolar paylaşıb.
Qeyd edək ki, daha öncə rusiyalı nazirin həmkarı Elmar Məmmədyarovla təkbətək və geniştərkibli görüşü baş tutmuşdu.
.