
Mübariz Ağayev Quba rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Yenizaman.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.