Azərbaycan prezidenti İlham Əliyev Tatarıstanda baş verən dəhşətli təyyarə qəzası ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
"Novoye-Vremya.com" xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:
"Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Prezident həmçinin tatarıstanlı həmkarı Rüstəm Minnixanova da oğlu İrek Minnixanovun faciəvi ölümündən təəssüfləndiyindi qeyd edərək başsağlığı verib:
"Hörmətli Rüstəm Nurqaliyeviç,
Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
.
