Bu gün prezident İlham Əliyev NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
S.Dukarunun Bakı səfərində əsas məqsəd NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramının 20 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etməkdir.
Görüş zamanı Azərbaycanla NATO arasında tərəfdaşlığın müxtəlif aspektləri, energetika sahəsində və Əfqanıstanda beynəlxalq əməliyyatda əməkdaşlıq müzakirə olunub.
.