
Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə Fransua Olland Azərbaycanda insan hüquqları məsələsini qaldırıb.
Yelisey Sarayının nümayəndəsi bildirib ki, İ.Əliyevlə söhbət zamanı F.Olland həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub. O, 2014-cü il iyulun sonlarında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs edilib.
Azərbaycan prezidenti L.Yunusun taleyi ilə maraqlanacağını deyib.
"Turan" bildirir ki, xəbəri "France press" agentliyi yayıb.
.