“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, koronavirusla mübarizədə beynəlxalq səviyyədə mühüm rol oynayıb”.

Bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

İlham Əliyev: “Azərbaycan koronavirusla mübarizədə beynəlxalq səviyyədə mühüm rol oynayıb”

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, koronavirusla mübarizədə beynəlxalq səviyyədə mühüm rol oynayıb”.

Bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

Azərbaycan Prezidenti: "Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik"

Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.

Bu barədə iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”

"Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs 30 ilədək davam etmiş işğalın gətirmiş olduğu vandallığın və dağıntıların şahidi ola bilər.

İlham Əliyev: "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatlarının qarşısı aldılar"

"Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq".

Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib.

Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib:

"Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm".

.