Yenizaman.az «Novosti» agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN başçısı Bakıda gəldikdən sonra onunla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş olub.
Rusiya xarici işlər naziri ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.
İlham Əliyev görüşdə deyib: "Məlum olduğu kimi, son günlər qoşunların təmas xəttində vəziyyət kəskinləşib, insan itkiləri var. Əlbəttə ki, bu narahatlıq doğurur".
Öz növbəsində, Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək. "Vəziyyəti sakitləşdirmək lazımdır", - Lavrov belə deyib.
