
Çərşənbə axşamı İslam Partiyasında yeni sədr əvəzi İlham Əliyevin mediaya təqdimatı keçirilib.
Sədr müavini Akif Heydərli İslam Partiyasının qurulmasına 1991-ci ildən başlanıldığı, 1992-ci ildə dövlət qeydiyyata alındığını deyib. 1995-ci ildə AİP-in dövlət qeydiyyatı ləğv edilib. Daha sonra qurumun o vaxtkı sədri mərhum Əlikram Əliyev başda olmaqla rəhbərlik həbs edilib. O zamandan bu yana partiyada 5 dəfə sədr seçkisi keçirilib. A.Heydərliyə görə, bu seçkilərin bir tərəfi partiyaya rəhbərliyin ağırlığı, təqib və təzyiqərlə, digər tərəfi də partiyada yeni kadrların irəli çəkilməsilə bağlıdır. 2011-ci ildə partiya rəhbərliyinin həbs edildiyini deyən A.Heydərli bundan sonra bir müddət partiyaya sədr əvəzi (s.ə.) kimi Elçin Manafovun rəhbərlik etdiyini xatırladıb. Bu günlərdə E.Manafovun vəzifədən istefa verməsinə toxunan A.Heydərli hazırda AİP s.ə. vəzifəsini ruhani İlham Əliyevin yerinə yetirdiyini deyib.
Daha sonra çıxış edən İ.Əliyev AİP-ə sədr əvəzi gəlməsinə toxunaraq bu təyinata qədər Azərbacyan Ruhani Məclisinin üzvü olduğunu söyləyib. Bu vəzifəyə təklif aldıqda Məclis İ.Əliyevə Məclis üzvü qalmaqla partiyaya rəhbərlik etməsinə də razılıq verib. İ.Əliyev islam maarifçiliyini AİP üçün proritet istiqamət sayaraq bu xətti davam etdirəcəklərini vurğulayıb. Bununla yanaşı islamın düzgün izah olunması, "həqiqi islam-həqiqi siyasət” xəttinin təbliği də proritetlər sırasındadır. Natiq islami qurumlarla yanaşı cəmiyyətdə fəaliyyətdə olan bütün vətəndaş institutları ilə əməkdaşlıq etməyi nəzərdə tutduqlarını qeyd edib.
Partiyanın seçkilərdə iştirakına gəlincə, İ.Əliyev partiyadaxili müzakurələr getdiyini, hələ yekin qərar olmadığını nəzərə çatdırıb. Patiyada ciddi kadr dəyişikliyinin olmayacağını deyən İ.Əliyev partiyaya kənardan cavadlı, əqidəli kadrların cəlb ediləcəyini ifadə edib.
O, İranın nüfuzlu din xadimlərindən ayətüllah-ül-üzma Hüseyn Nuri Həmədaninin Bu günlərdə Azərbaycana səfərini "fövqəladə hadisə” kimi dəyərləndirib. Onun fikrincə, bu səfərin əsas hədəfi "islam bilriyi” və iki dövlət və xalq arasında münasibətlərin da yüksəyə qaldırılmasıdır.
AİP-in həbsdə olan nümayəndələrinin azad edilməsilə bağlı fəaliyyətə toxunan İ.Əliyev əqidədaşlarının azadlığı üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan edib.
İlham Əliyev 1977-ci ildə Binə kəndində anadan olub. Orta məkətbi bitirdikdən sonra İranda dini təhsil alıb. 2004-cü ildə təhsılini bitirərək Azərbaycana dönüb. Hicab qadağasına etiraz aksiyalarında iştiraka görə 1 il yarım həbs cəzası çəkib.
.