Prezident İlham Əliyev fevralın 8-də Əl-Cəzirə telekanalının müxbiri Omar Kaşrama müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Yenizaman.az
.