Dövlət başçısı İlham Əliyev Qarabağ münaqişəsinin tənziumlənməsində müharibə yolunu istisna etmir. Bu haqda dövlət başçısı diplomatik xidmət rəhbərlərinin bu günlərdə Bakıda keçirilən toplantısında açqılama verib.
"Biz heç vaxt inkar etməmişik və açıq demişik ki, hərbi yol da istisan olunmur. Son aylar və illər beynəlxalq arenanı müşahidə edərkən təəssüf ki, beynəlxalq hüququn işlməməsi prinsipinin şahidi oluruq. Aparıcı rol güclü olmaq amilinə bağlanır. "Kim güclüdür, o haqlıdır” prinsipi beynəlxalq münasibətlərin konstrksiyasına güclü zərbə vurub”.
Bununla birgə İ.Əliyev problemin dinc vasitələrlə nizamlanması yolunun tamamilə başa vurulmadığını nəzərə çatdırıb.
"Siyasi, iqtisadi, habelə hərbi təzyqilərdən istifadə etməklə biz həm də çalışacağıq ki, problem dinc vasitələrlə həll edilsin. Qarabağda bütün tarixi abidələr, toponim, şəhər və kənd adları Azərbaycan köklüdür.
Hesab edirəm ki, diplomatların fəaliyyəti bu istiqamətə yönlənməlidir. Belə ki, dünya ictimaiyyətinin əksəriyyəti Qarabağ haqqında həqiqətləri bilmir. Erməni lobbisi faktları saxtalaşdırmağa çalışır. Biz isə həqiqətləri ictimaiyyətə çatdırmalıyıq. Eyni zamanda İrəvan xanlığ ilə bağlı həqiqətlər ictimaiyyətə açıqlanmalıdır"-deyə İ.Əliyev qeyd edib.
Eyni zamanda İ.Əliyev Azərbaycan ərazilərinin 1918-ci ildə Ermənisatan verilməsi haqda dünya ictimaiyyətini xəbrədar etməyi də zəruri sayıb.
İ.Əliyev XİN-ə Elmlər Akademiyası və mədəniyyət nazirliyi ilə birgə İrəvan xanlığı haqqında müxtəlif dillərdə büroşuralar hazırlanması təklifi verib.
İ.Əliyev Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasının qəti şəkildə mümükn olmayacağı bəyanatı səsləndirib. "Bəllidir ki, Azərbaycan hökuməti buna yol verməz, nə də dünyada bir ölkə belə Dağlıq Qarabağ”ın müstəqilliyini tanımaz. Orada keçirilən qanunsuz referendumlar dünya ictimaiyyəti tərəfindən tanınmayacaq. Beləliklə, məsələ ərazi bütövlüyü çərçivəsində həll ediləcək”-deyə İ.Əliyev bəyan edib.
Bununla birgə dövlət başçısı Qarabağa yüksək muxtar status verməyə də hazır olduğunu söyləyib.
"Erməni xalqı yüksək muxtra statusa malik olmaqla Azərbaycan dövləti çərçivəsindəyaşaya bilər. Bunu biz təklif etmişik və belə pozitiv yanaşamya bütün dünya və Avropada mövcuddur”deyə İ.Əliyev bildirib.
.