Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Soros Fondunun təsisçisi Corc Sorosla görüşüb.Görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparılıb.
Soros Fondunun maliyyələşdirdiyi "Açıq Cəmiyyət İnstitutu - Azərbaycan” bölməsi Azərbaycanda 1996-cı ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Azərbaycan bölməsi fəaliyyətini dayandırıb. Fond Azərbaycanda orta hesabla hər il 2,5 milyon dollaradək büdcəsi olan 300-dək layihə maliyyələşdirib.
Corc Soros 2003-cü ildə mərhum prezident Heydər Əliyevlə də görüşmüşdü.
.
