"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir”.

"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı layihənin icrasının şirkətlərin qəti sadiqliyi sayəsində mümkün olduğunu bildirib: "Cənub Qaz Dəhlizi" layihəsinə dünyanınn aparıcı maliyyə təsisatları öz töhfələrini verib. İrimiqyaslı layihələrin reallaşması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələnidrməkdir”.

Prezident həmçinin layihənin icrasının enerji ehtiyatlarından istifadəyə, insan kapitalına və infrastrukturun yaradılımasına uzunmüddətli töhfə verdiyi diqqətə çatdırıb.

.