Azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı bildirib: "Münaqişə başa çatdıqdan sonra, Azərbaycanın münaqişəni həll etməsindən sonra, biz gələcəyə baxmalıyıq. İşğala və azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır. Ümid edirəm ki, bizim Cənubi Qafqazda fəal əməkdaşlıq barədə danışa biləcəyimiz vaxt gələcək".
Prezident İlham Əliyev: ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər
ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər.
Bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi.
“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İlham Əliyev: Azərbaycanın azad edilmiş ərazilərinə investisiya qoymaq üçün çoxlu imkanlar var
Azərbaycanın azad edilmiş ərazilərinə investisiya qoymaq üçün çoxlu imkanlar var.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyard dollar ayırıb.
Prezident: Yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə biz regionda dayanıqlı inkişafı təmin edə bilərik
Yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə biz regionda dayanıqlı inkişafı təmin edə bilərik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, biz birgəyaşayışı öyrənməliyik.