Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Ağdam rayonunda bərpası nəzərdə tutulan fərdi yaşayış evlərinin yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Yaşayış məntəqələri

Fərdi yaşayış evlərinin sayı

Ailələrin sayı

1.

Çəmənli kəndi

23

23

2.

Qaradağlı kəndi

(Qaradağlı kənd İƏD)

11

14

3.

Mahrızlı kəndi

9

9

4.

Sarıcalı kəndi
(Çəmənli kənd İƏD)

9

9

5.

Hacıməmmədli kəndi

7

7

6.

Məmmədbağırlı kəndi

7

10

7.

Orta Qərvənd kəndi

7

7

8.

Təzəkənd kəndi

7

7

9.

Evoğlu kəndi

6

8

10.

İsalar kəndi

6

8

11.

Ayaq Qərvənd kəndi

5

5

12.

Əfətli kəndi

5

10

13.

Çıraxlı kəndi

4

4

14.

Rzalar kəndi

4

4

15.

Əhmədağalı kəndi

3

5

16.

Mirəşelli kəndi

3

4

17.

Zəngişalı kəndi

3

3

18.

Kolqışlaq kəndi

1

1

19.

Şükürağalı kəndi

1

1

Cəmi

121

139



Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında da sərəncam imzalayıb.

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq Meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmış, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 39 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək


.