
"Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, 2003-cü ildə dünya birincisi (Hindistan), 2005-ci ildə dünya üçüncüsü (Çin), 2007-ci ildə Asiya birincisi (Çin), 2008-ci ildə dünya birincisi (Bəhreyn), 2012-ci ildə Avropa Master yarışlarının üçüncüsü, 2013-cü ildə Master Olimpiya yarışlarının üçüncüsü (Las Veqas) və bir çox digər titulların sahibi olan 36 yaşlı iranlı idmançı Beytullah Abbaspur qan damarlarındakı infeksion xəstəlik səbəbindən ötən gün dünyasını dəyişib. Əlacsız "Vasculitis” xəstəliyinə yoluxaraq həyatını itirən idmançı Avropada çəkilişləri aparılan "Xilaskar” filmində də əsas rollardan birində yer alıb. Yaxınları onu əxlaqlı, imkansızlara hər zaman yardım edən bir pəhlivan kimi tanıyıb.
.