İkinci Dünya müharibəsi dövründə 13-18 milyon SSRİ vətəndaşının ölümü soyqırımı kimi tanınmalıdır.

Bunu Rusiya Federasiya Şurasının sədri Aleksey Puşkov bildirib.

Onun sözlərinə görə, həmin vaxt SSRİ bütövlükdə soyqırımı obyektinə çevrilib: “Çünki 1941-ci ildə Belarus, Ukrayna və ya Orta Asiya respublikaları ayrı-ayrılıqda mövcud deyildi. Bu mövzunu qaldırmağa ehtiyac var. İkinci Dünya müharibəsində Sovet İttifaqı xalqının soyqırımı zamanı müxtəlif hesablamalara görə 13 milyondan 18 milyon nəfərə qədər dinc sakin həlak olub. Lakin beynəlxalq səviyyədə ancaq yəhudilərin və qaraçıların soyqırımı tanınıb”.

Rusiyalı senator qeyd edib ki, bu halda mülki sovet vətəndaşlarının məhv edilməsi milli zəmində deyil, bir ölkəyə mənsubiyyət əsasında soyqırımı kimi tanınmalıdır, çünki nasist Almaniyasının nümayəndələri üçün onların vətəndaşlığı önəmli idi.

.