Binəqədi rayonunda ikimərtəbəli ev yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.
Evin digər hissələri yanğından mühafizə olunub.
Yanğın saat 5:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
