AVRO-2020-nin oyunlarını qəbul etməklə bağlı təminat verməyən şəhərlər bəlli olub.
2021-ci ildə təşkil olunacaq yarışın 12 ev sahibindən ikisi UEFA-ya rəsmi təminat təqdim etməyib.
Bunlar İngiltərənin London və Niderlandın Amsterdam şəhərləridir. Hər iki paytaxt final mərhələsinin görüşlərini keçirməyə hazır olduğunu təsdiqləməyib.
Londondakı “Uembli”də 7 matç keçirilməlidir. Bunlardan üçü qrup mərhələsində, biri 1/8, ikisi yarımfinal, sonuncusu final qarşılaşmasıdır. Amsterdamdakı “Yohan Kroyff Arena”da isə üç qrup və bir 1/8 final matçı baş tutmalıdır.
Qeyd edək ki, 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin matçları 12 şəhərdə, o cümlədən Bakıda baş tutmalıdır.
.