Bərdə rayonunda iki məktəb direktoru barəsində cinayət işi başlanıb.
"Qafqazinfo”-nun xəbərinə görə, Bərdə Rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş iclasda çıxış edən rayon prokuroru Rəhim Əliyev bildirib ki, işində yol verdiyi qanun pozuntularına görə iki məktəb drektoru barəsində cinayət işi başlanıb: "Rayon Kətəlparaq kənd orta məktəbinin drektoru Fəxrəddin İsmayılov barəsində açılan cinayət işi istintaq bölməsində aparılır.Lənbərən kənd orta məktəbinin drektoru Pərvin Quluyev barəsində açılan cinayət işinin istintaqı yekunlaşaraq rayon məhkəməsinə verilib”.
Qeyd edək ki ,hər iki məktəb direktoru tutduğu vəzifədən azad edilib.
.