Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış "VAZ-21011” markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub. Xəstəxanaya yerləşdirilmiş G.Yusubova orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır. 
.