
«Bakı Metropoliteni» QSC sabah universal gediş kartlarının təqdimatını keçirəcək.
Metro stansiyalarında artıq yeni «Bakı Kart» avtomatları var. Avqustun 8-dən yeni avadanlıqlar istifadəyə veriləcək. Yeraltı nəqliyyatla yanaşı yerüstü ictimai nəqliyyatda da onlardan istifadə mümkün olacaq. Yeni kartlar 2 manatdır. Köhnə karları metro stansiyalarında qaytarıb onların qiymətini yeni kartın balansına yükləmək mümkündür. Yəni sərnişinlər yeni kart üçün 2 manat ödəməlidir. «Bakı Metropoliteni»nin məlumatına görə, onun xidmətindən hər gün 600 min nəfər istifadə edir.
.