Türkiyənin dövlət bankı "Vakfbank” və kommersiya bankı "İşbank” Fransanın neft-qaz şirkəti "Total”ın Azərbaycanın "Şahdəniz” qaz layihəsindəki payının 10 faizini almaq üçün TPAO (Türkiyə Petrolları Anonim Ortaklığı) şirkətinə 1 milyard dollar kredit ayırıb.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Türkiyənin adının açıqlanmasını istəməyən enerji rəsmisi "Röyter”ə verib.
TPAO "Total”ın "Şahdəniz” layihəsindəki 10 faizlik payını 1,5 milyard dollara almaq barədə bu ilin may ayında müqavilə bağlayıb. Bu sövdələşmə nəticəsində Türkiyə şirkətinin "Şahdəniz”dəki payı 19 faizə çatıb. Fransa şirkəti isə bu perspektivli layihədən tamamilə çəkilib.
.