Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.
Dünən saat 20:00 radələrində Xəzər rayonu, Şimal DRES qəsəbə sakinləri - 14 yaşlı Aydan Fərziyeva, 13 yaşlı qardaşı Hüseyn Fərziyev, 10 yaşlı Kəmalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kəmalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür (aznews.az).
.
