
Azərbaycanda keçirilən III MDB Oyunlarında Rusiya idmançısı qızıl medal əldə edib.
Qadınların 200 metr məsafəyə bras üslubu üzrə yarışında birinci yeri Mairia Lakovleva tutub.
Belarusdan olan Valeria Şulko ikinci, onun həmyerlisi Bazhena Pivaş üçüncü olub.
III MDB Oyunları: Belarus idmançısı qızıl medal qazanıb
Belarus üzgüçüsü Usevalad Sarakavik Azərbaycanda keçirilən III MDB Oyunlarında qzıl medal qazanıb.
İdmançı 100 metr məsafəyə bras üslubu ilə üzmədə bütün rəqiblərini qabaqlayıb.
Rusiyalı İlia Lamşanov ikinci, onun həmyerlisi Kiril Verençuk üçüncü yeri tutub.
Azərbaycan təmsilçilərindən Yeqor Maynitskiy yeddinci, Əmirhüseyn Gənceh isə səkkizinci nəticə göstəriblər.
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri yarımfinalda məğlub olub
III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri Yağmur Məmmədli və Aylin Əsgərova qızların qoşa yarışında Belarusa məğlub olub.
Təmsilçilərimiz yarımfinalda rəqibinə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
.